İdman

""Liverpul" çox güclüdür, ancaq..." - Mourinyo

12 Yanvar 2020 12:56
0 Şərh     Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Premyer Liqanın 22-ci turunda "Tottenham" evdə "Liverpul"-a 0:1 hesabı ilə məğlub olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ardından London təmsilçisinin baş məşqçisi Joze Mourinyo VAR hakimlərini tənqid edib.

"Məğlub olsaq da, komandamın performansından narazı qalmadım. Düzdür, "Liverpul" çox güclüdür, ancaq həm də şanslıdırlar. Bir epizodda VAR hakimləri çay içdikləri üçün Robertsona qırmızı vərəqə verməyi unutdular", - portuqaliyalı mütəxəssis bildirib.

Qeyd edək ki, "Tottenham" hazırda 30 xalla 8-ci pillədədir. "Liverpul" isə 61 xalla liderliyini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.