İdman

"Tottenhem" - "Liverpul" oyununda 1 qol

12 Yanvar 2020 09:05
0 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" İngiltərə çempionatının cari mövsümündə ardıcıl qələbələrinin sayını 20-yə çatdırıb. Futbol üzrə İngiltərə çempionatının 22-ci turunun mərkəzi qarşılaşmasında Premyer Liqanın cari mövsümünün lideri "Liverpul" səfərdə "Tottenhem"in qonağı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qalan dəqiqələrdə hesab dəyişməyib.

"Liverpul" 21 matçda 61 xal qazanaraq İngiltərə çempionatının liqa cədvəlində liderliyini davam etdirir. "Tottenhem" 22 görüşdən 30 xal göstəricisi ilə cədvəldə səkkizincidir.

Növbəti oyunda yanvarın 18-də Yurgen Kloppun yetirmələri "Mançester Yunayted"i qəbul edəcək, Premyer Liqanın 23-cü turunda Joze Maurinyonun komandası "Watford"la qarşılaşacaq. 14 yanvar, "Tottenhem" İngiltərə Kubokunun 1/32 finalında "Midlsbro" ilə oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.