İdman

Rayan Babel "Ayaks"a keçir

7 Yanvar 2020 20:20
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" niderlandlı futbolçusu Rayan Babellə yolları ayırmağa qərar verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 33 yaşlı vingerlə "Ayaks" maraqlanır. Amsterdam təmsilçisi niderlandlı futbolçunu transfer etmək üçün danışıq aparır. İstanbul klubu təcrübəli oyunçunun keçidi üçün təzminat istəyir. Babelin agenti Vinni Haatrext "Ayaks"la danışıqlar apardığını deyib. O, futbolçunun icarəyə verilməsi üçün görüşdüyünü bildirib.

Niderland millisinin üzvü yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib. Babel bu mövsüm 15 oyuna 5 qol vurub, 1 assist edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.