"Real"ın yarımmüdafiəçisi Luka Modriç ABŞ-a keçə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun karyerasını MLS liqasında davam etdirmək ehtimalı yaranıb.
Belə ki, "DC Yunayted" 34 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq fikrindədir. Vaşinqton təmsilçisi Xorvatiya millisinin kapitanı ilə artıq danışığa başlayıb. Onlar Modriçin yayda ABŞ-a köçməsini istəyirlər.
Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti cari mövsümün sonuna qədərdir.
Milli.Az