İdman

Yeni kapitan - Azərbaycan yığmasında

7 Yanvar 2020 08:28
0 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanın adı dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu, Macarıstanın "Vaşaş" klubundan yığmaya dəvət alan Ayşən Abduləzimovadır.

Əsas kapitan Odina Əliyeva Avropa Olimpiya Təsnifat Turnirinə aparılmadığından komandamızın baş məşqçisi Vasif Talıbov sarğını 27 yaşlı blokçuya həvalə edib. Abduləzimova Niderlandın Apeldorun şəhərinin "Omnisport" Sarayında keçiriləcək matçlarda yığmada söz sahibi olacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış yanvarın 7-12-də baş tutacaq. Azərbaycan millisi ev sahibləri ilə yanaşı, Polşa və Bolqarıstanla birgə A qrupunda yer alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.