"Mançester Yunayted" Paul Poqbanın transfer qiymətini müəyyənləşdirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə klubu fransalı ulduzu heyətinə qatmaq istəyən klublardan 150 milyon avro tələb edir.
Poqba bir müddətdir komandadan ayrılmaq istəyir. Ötən yay Real-ın heyətinə qatmaq istədiyi futbolçunu klubu buraxmamışdı. İndi isə o, heyətə düşə bilmir. Belə ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə cəmi 8 rəsmi oyunda meydana çıxaraq 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Poqba 2016-cı ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə həmin dövr üçün rekord məbləğə - 105 milyon avroya transfer olunub. Onun klubu ilə 2021-ci ilin yayınadək müqaviləsi var.
Milli.Az