İdman

""Qarabağ"da oynamaq üçün bunu etmişdim, yenə edərəm” - Beqoviç

5 Yanvar 2020 14:08
0 Şərh     Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"la icarə müqaviləsi başa çatdıqdan sonra "Bornmut"a qayıdan Asmir Beqoviçin "Aston Villa" və ya "Vest Hem"ə transferi yubanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın baş məşqçisi Eddi Hou bosniyalı qolkiperin Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqları rəqiblərə verilməsini istəmir. "Aston Villa" və "Vest Hem" 32 yaşlı qolkiperin transferi üçün yarışsa da, problemlə üzləşiblər. Eddi Hounun qərarı bosniyalı qapıçını məyus edib.

Beqoviç "Bornmut"da qalmaq istəmir. Onun Eddi Hou ilə münasibəti qaydasında deyil. 32 yaşlı qolkiper başqa klubda daim oynamaq üçün həftəlik maaşının 110 min funt-sterlinqə endirilməsinə hazırdır. Lakin bunun üçün ona klub da kömək etməlidir. Nəşrdə Beqoviçin fikirlərinə də yer verilib: "Qarabağ"da oynamaq üçün bunu etdim, yenə də edərəm".

"Aston Villa" və "Vest Hem" Beqoviçi transfer edə bilməsə, Türkiyənin I Liqasında çıxış edən "Ərzusumspor"un qapıçısı İbrahim Şehiçi almağa çalışacaqlar. Yayda müqaviləsi başa çatacaq 31 yaşlı bosniyalı qapıçını qışda 1,5 milyon funt-sterlinqə transfer etmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.