İdman

"Tottenhem"də ciddi itki

3 Yanvar 2020 22:44
0 Şərh     Baxış: 1 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in futbolçusu Harri Keyn 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb onu İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə "Sauthempton"la matçda (0:1) zədələnməsidir.

Beləliklə, 26 yaşlı hücumçu ölkə çempionatıda "Liverpul" və "Mançester Siti" ilə görüşləri dəqiq buraxacaq. O, Çempionlar Liqasının 1/8 finalında "Leypzig"lə oyunda da meydana çıxmaya bilər.

Qeyd edək ki, H.Keyn bu mövsüm Premyer Liqada 20 matçda 11 qol vurub və 2 qolun ötürməsi verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.