"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini "Lamiya" transfer etməyə hazırlaşır.
Seneqallı futbolçunun Superliqa təmsilçisinin təklifinə müsbət yanaşdığı, transfer üçün vizanın həll olunmasını gözlədiyi bildirilir.
Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın "Levadiakos" klubunda çıxış edib.
Milli.Az