İdman

AFFA daha 10 nəfəri danışılmış oyunlara görə futboldan uzaqlaşdırdı

27 Dekabr 2019 18:04
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci divizionda çıxış edən "Neftçi-2", MOİK  və "Binə" klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Milli.Az PFL-ə istinadən xəbər verir ki, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

"Qaradağ Lökbatan" (I Divizion)

1. Məmmərzayev Tural - futbolçu

MOİK (I Divizion)

1. Həsənov Orxan - futbolçu

2. Ağakərimzadə Yamin - futbolçu

3. Yaqubzadə Raul - futbolçu

"Forza Neftçi" (Futzal, I Liqa)

1. Məmmədov Elmir - məşqçi

"Keşlə"

1. Babayev Mehman  - məşqçi

2. Səfərov Asəf - klub rəsmisi

Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

Aşağıda adları qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

1. Elmin Çobanov

2. Natiq Səhrətov

3. Emin Cəfərquliyev

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.