İdman

Son 3 oyunluq cəzalandı

24 Dekabr 2019 10:32
0 Şərh     Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində "Çelsi" ilə ev oyununda rəqib futbolçu Antonio Rudigerə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan "Tottenhem"in hücumçusu Son Hın Minin cəzası müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Federasiyası koreyalı futbolçuya 3 oyunluq cəza verib. Bu isə o deməkdi ki, Son qarşıdakı "Brayton"la ev, "Norviç Siti" və "Sauthempton"la səfər oyunlarını buraxacağı anlamına gəlir.

"Tottenhem" rəhbərliyi isə bu qərardan şikayət edib. London klubu futbolçuya verilən cəzanın haqsız olduğunu, ümumiyyətlə bu qırmızı vərəqənin ləğvini istəyir. Federasiyanın bu etirazı nəzərə alıb-almayacağı isə qarşıdakı günlərdə bəlli olacaq.
 
Xatırladaq ki, "Tottenhem" sözügedən oyunda "Çelsi"yə 0:2 hesabıyla məğlub olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.