İdman

"Real" qışda hücumçu almayacaq - Zidan açıqladı

23 Dekabr 2019 16:29
0 Şərh     Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" qış transfer dönəmində hücumçu almayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bunu komandanın baş məşqçisi Zinəddin Zidan "Marca"ya açıqlamasında deyib.

O, hücum xəttindən narazı olmadığını bildirib: "Qış "transfer pəncərəsi"ndə başqa forvardın alınmasına ehtiyac duymuram. Çempionatda liderdən geri qalmağımız məni əsəbiləşdirir. Ancaq oyunçularımı günahlandıra bilmərəm. Komandanın inkişafından məmnunam".

Qeyd edək ki, La Liqada 18 turdan sonra "Barselona" 39 xalla liderdir. "Real" 37 xalla 2-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.