İdman

"Onlar məni oğurladılar" - Maradona

22 Dekabr 2019 15:13
0 Şərh     Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinanın futbol yığmasının keçmiş hücumçusu və sabiq baş məşqçisi Dieqo Maradona yadplanetlilərin onu oğurladığını iddia edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, keçmiş futbolçunun sözlərinə görə, o, əyləncə gecələrindən birindən sonra 3 gün evə qayıtmayıb. Evə qayıtdıqda isə bildirib ki, yadplanetlilər tərəfindən oğurlanıb.

"Mən belə də bildirdim - onlar məni oğurladılar, mən bu barədə danışa bilmirəm", - deyə Maradona əlavə edib.

1997-ci ildə təqaüdə çıxdığını qeyd edən sabiq futbolçu müsahibəsində ünsiyyətdə olduğu keçmiş dövlət başçıları, o cümlədən Fidel Kastro, Uqo Çaves, Nestor Kirşner, Alberto Fernandes və Kristina Kirşner barədə danışıb. Maradona habelə şəxsi həyatı haqqında da bəzi xatirələrini bölüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.