İdman

“Qvardiola dünyanın ən yaxşı məşqçisidir” - Klopp

21 Dekabr 2019 17:56
0 Şərh     Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp həmkarı Xosep Qvardiola barədə müsbət fikirlər səsləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, alman mütəxəssis "Mançester Siti"nin çalışdırıcısı barədə danışarkən bunları deyib:

"Mənim bəxtim gətirib ki, komandalarım Qvardiolanın kollektivlərinə yaxın olub. Bir neçə dəfə demişəm. Mən onu dünyanın ən yaxşı məşqçisi sayıram. Qvardiolanın işinin miqyası inanılmazdır. Həmişə onun sərgilədiyi oyuna məmnunluqla baxıram. Biz tamamilə fərqli insanlarıq və bu, bizim komandamızın oyunlarında da özünü büruzə verir. O, insan kimi məndən üstündür. Axı, Qvardiola centlmendir. Biz onunla rəqib deyilik. Bir-birimizə hörmət edirik. Meydana çıxanda isə qalib gəlmək istəyirik ki, bu da normaldır. Əgər Qvardiola Premyer Liqanı udsa, mən bunu qəbul edəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.