İdman

Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşdi

16 Dekabr 2019 16:41
3 Şərh     Baxış: 3 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda 2 səbətə bölünəcək. Səpələnmişlər səbətində Avropa Liqasında 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olmuş komandalardan ən yüksək reytinqli 4 komanda yer alacaq. Türkiyənin yeganə təmsilçisi "Başakşehir" də güclülər arasında - səpələnmişlər səbətindədir.

Avropa Liqası

 1/16 final


"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland)

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

"Kopenhagen" (Danimarka) - ""Seltik" (Şotlandiya)

"Apoel" (Kipr) - "Bazel" (İsveçrə)

"CFR Kluj" (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"AZ Alkmar" (Niderland) - "Lask" (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)

"Şaxtyor" (Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.