İdman

AVRO-2020: Pley-offun püşkü atılacaq

22 Noyabr 2019 08:22
0 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

illi.Az APA-ya istinadən xəbər verir ki, final mərhələsinə son 4 vəsiqəyə iddia edən 16 yığmanın taleyinə aydınlıq gələcək, həmçinin artıq həlledici raundla bağlı əlavə püşk atılacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmada pley-offda yolu və rəqibi bilinməyən 4 yığma kiminlə və harada oynayacağını biləcək. Bolqarıstan, Macarıstan, İsrail və Rumıniya yığmalarından biri C yolu üzrə, üçü A yolu üzrə mübarizə aparacaq. Püşk İslandiya və Şotlandiyanın rəqibini müəyyənləşdirəcək, digər iki komanda öz aralarında oynayacaq.

Ardınca final oyunlarının meydan sahibləri müəyyənləşəcək. Gələn il martın 26-da baş tutacaq yarımfinallarda daha yüksək göstəriciyə malik komandalar ev sahibi olacaqsa, 5 gün sonrakı həlledici görüşün yeri püşklə bilinəcək.

D yolu
1. Gürcüstan - Belarus
2. Şimali Makedoniya - Kosovo

C yolu
1. Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
2. Norveç - Serbiya

B yolu
1. Bosniya və Herseqovina - Şimali İrlandiya
2. Slovakiya - İrlandiya

A yolu
1. İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
2. Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Əlavə püşkatma isə artıq final mərhələsinə vəsiqə qazanmış Rusiya ilə Danimarka arasında atılacaq. Hər iki komandanın Belçika ilə birlikdə B qrupunda oynayacağı püşksüz də bəllidir.

Çünki Rusiya da, Danimarka da B qrupunun ev sahiblərindəndir. Bu millilərdən hər biri digər iki yığma ilə öz doğma stadionunda oynayacaq. Rusiya - Danimarka görüşünün hansı şəhərdə - Sankt-Peterburq, yoxsa Kopenhagendə baş tutacağı əlavə püşklə bilinəcək. Bəxt kimin üzünə gülsə, həmin komanda qrupdakı üç matçı öz meydanında oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.