İdman

Messi Ronalduya şərik oldu

11 Noyabr 2019 11:54
0 Şərh     Baxış: 1 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Barselona"nın "Selta"ya 4:1 hesabıyla qalib gəldiyi oyunda Kataloniya klubunun hücumçusu Lionel Messi het-triklə yadda qalıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu het-trik onun karyerasında 52-ci olub. Oyunda bir qolu penaltidən, ikisini isə cərimə zərbəsindən vuran argentinalı futbolçu, cərimə zərbələsindən vurduğu qolların sayını da 52-yə çatdırıb.

Bundan başqa, Messi bu het-triklə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. İspaniya La Liqasında 34-cü het-triki reallaşdıran Messi, 2009-2018-ci illərdə "Real"ın şərəfini qorumuş Ronaldonun rekorduna şərik olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.