"Azərbaycan millisinə hörmətlə yanaşırıq" - Marko Rossi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra üzərimizdə təzyiq var. Azərbaycan millisi Uelsə çətin anlar yaşatdı. Yalnız son dəqiqələdə bəxtsizlik nəticəsində qol buraxdı. Sabahkı oyunun ağır keçəcəyini deyə bilərəm".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Azərbaycan milli komandası ilə keçirəcəkləri Avro-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəklərini bildirib. O, sabahkı oyunda yalnız qələbəni düşünəcəklərini bildirib: "Qalib gəlsək, Uelsdə bərabərlik də bizi qane edəcək. Rəqibə hörmətlə yanaşırıq. Xüsusən, indiki dövrdə Azərbaycanı məğlubiyyətin qane etməyəcəyini anlayırıq".
İtaliyalı baş məşqçi bəzi oyunçularında Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları matçdan sonra formalaşmış hissləri aradan qaldırdıqlarını bildirib: "Qarşılaşmadan sonra dərhal Azərbaycanla matçın hazırlıqlarına başladıq. Qarşımızdakı vəzifənin öhdəsindən nə dərəcədə gələcəyimizi sabah görəcəyik".
Rossi bütün futbolçulardan yararlanmaq durumunda olduqlarını açıqlayıb: "Mən bu komandanın rəhbəriyəm. Heç bir çağırılmış və ya çağırılmamış futbolçunu hesabdan silmirik. Oyunçuların ola bilər ki, heç də hamısı məğlubiyyətin yükünü üzərindən ata bilməyib".
Təcrübəli mütəxəssis yalnız qələbəni düşündüklərini, əks halda, məsuliyyətin yükünü anladıqlarını diqqətə çatdırıb: "Azarkeşlər nəticədən razı qalmasalar, mənin getməyim təbii olacaq".
Baş məşqçi Azərbaycan millisinin üstün cəhətlərini də sadalayıb: "Eddi İsrafilovun milliyə qayıdışını xüsusi qeyd edərdim. Onunla yanaşı, Riçard Almeyda və Qara Qarayevin orta xəttdə çox sürətli görünürlər, Ramil Şeydayevin hücum xəttini doldurub, cinah oyunçuları da yaxşı təsir bağışlayırlar. Biz Azərbaycan millisini incələmişik. Baxaq görək, işimizin öhdəsindən necə gələcəyik".
Qeyd edək ki, oktyabrın 13-də "Groupama Arena"da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var





