İdman

Xalq şairi Qara Qarayevi təbrik etdi

12 Oktyabr 2019 19:18
0 Şərh     Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq şairi Ramiz Rövşən millimizin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevi doğum günü münasibəti ilə təbrik edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qarayev şəxsi İnstagram səhifəsində Ramiş Rövşənin təbrik videosunu paylaşıb.

Təbrikdə deyilir:"Səni təbrik edirəm, oğlum. Ad günün mübarək. Təsadüfə bax ki, bizim böyük bəstəkarımız Qara Qarayevlə sənin ad soyadın üst-üstə düşür. Mən çox şadam ki, sən öz istedadın və bacarığın sayəsində bu məhşur adı soyadı şərəf və ləyaqətlə daşıyırsan. Arzu edirəm ki, sənin həm bugünkü, həm də qarşıdakı ad günlərinin hədiyyəsi "Qarabağ" komandasının qazanacağı qələbələr olsun. Sənə futbol meydanında qələbələr, həyatda xoşbəxtlik arzu edirəm".

Qeyd edək ki, bu gün Q.Qarayevin 27 yaşı tamam olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.