İdman

Xayme qayıdır, Ozobiç isə...

9 Oktyabr 2019 19:09
0 Şərh     Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın zədəli futbolçusu Xayme Romero yaxın günlərdə komandaya qoşulacaq.

Milli.Az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, İspaniyada müalicəsini davam etdirən 29 yaşlı yarımmüdafiəçinin fərdi məşqlərə başladığını və yaxın 4-5 gün ərzində komandanın düşərgəsinə qatılacağının ehtimal olunduğunu deyib.

Zaqrebdə bərpa prosesi keçən "Qarabağ"ın digər zədəli futbolçusu Filip Ozobiçin isə durumuna oktyabrın 14-15-i aydınlıq gələcək.

Xatırladaq ki, Premyer Liqanın V turunun "Zirə" ilə oyununda (3:1) Romeronun çiyni çıxıb. Ozobiç isə Çempionlar Liqasının "Dundalk"a qarşı Bakıda keçirilən cavab oyununda (3:0)zədələnərək meydanı tərk etmişdi. Xorvatiyalı yarımmüdafiəçinin dizətrafında sümük qırığı aşkarlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.