İdman

Məşhur futbolçu səhhətinə görə karyerasını bitirir

2 Oktyabr 2019 18:22
0 Şərh     Baxış: 1 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qərarını sabah "Yuventus"a məxsus "Alyans Stadium"da rəsmən açıqlayacaq. Onun səhhəti ilə bağlı belə qərar verdiyi bildirilir.

Qeyd edək ki, "Yuventus"un yetirməsi olan Markizio 25 ilini Turin klubunda keçirib. Yeddi dəfə İtaliya çempionu olan Markizio 3 dəfə ölkə kuboku, 4 dəfə Superkubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.