İdman

Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

20 Sentyabr 2019 19:42
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 20-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev ilə görüşüb.

Görüşdə nazir Azad Rəhimov bolqarıstanlı həmkarına Azərbaycanda idmanın inkişafı üçün yaradılan əlverişli şərait, genişmiqyaslı idman infrastrukturu barədə ətraflı məlumat verib. Nazir hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini, bunun bölgələrdə də idmanın sürətli inkişafına töhfə verdiyini qeyd edib. Azad Rəhimov dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın son illər mötəbər beynəlxalq yarışlara ən yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılmasından məmnunluğunu bildirən Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev bədii gimnastika üzrə 37-ci dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, ölkəsinin gənclər və idman sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.