Azərbaycan gimnastları: "Biz bir-birimizi dəstəkləyirdik" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan bədii gimnastika üzrə dünya çempionatında fərdi proqramda gürzlərlə çıxışlarını təqdim ediblər.
Milli.Az bildirir ki, çıxışdan sonra gimnastlar Trend-ə müsahibə veriblər.
V.Qudis bugünkü çıxışın dünənkindən pis olduğunu deyib:
"Əhval-ruhiyyə yaxşı idi, zədə də xoşbəxtlikdən olmadı. Amma çıxış alınmadı. Bu, hər bir gimnastda olur. Dünya çempionatında çıxışdan sonra başa düşdüm ki, proqramı cəsarətlə yerinə yetirmək lazımdır".
Dünya çempionatında ilk dəfə çıxış edən Y.Luzan həyəcanın öhdəsindən gələ bilməsi üçün tamaşaçıların dəstəyini vurğulayıb:
"Tamaşaçılar yarışa köklənməyə kömək edir. Bu gün həyəcanlanırdım və kiçik səhvlərə yol verdim. Bu gün Azərbaycanı təmsil etdiyimiə görə xalçaya qürur hissi ilə çıxdım".
Komandanın lideri Zöhrə Ağamirova hesab edir ki, bu gün əvvəlki günlərə nisbətən daha uğurlu çıxış edib:
"Ümid edirəm ki, mənim 24-lüyə düşmək üçün xalım çatacaq. Hər üçümüz - mən, Yelizaveta və Veronika həyəcanlanırdıq və bir-birimizi dəstəkləməyə çalışırdıq".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)





