İdman

Hacı Əliyev nədən məhrum oldu?

19 Sentyabr 2019 13:23
1 Şərh     Baxış: 2 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bürünc medal şanslarından da məhrum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu idmançımızın təsnifat mərhələsində uduzduğu Hacımurad Rəşidov (Rusiya) finala çıxsa belə, o, təsəlliverici görüşlərə qatılmayacaq. Buna səbəb H.Əliyevin Rəşidova 2:4 hesabı ilə uduzduğu görüşdən sonra hakimlərlə qalmaqalına görə turnirdən diskvalifikasiya olunmasıdır.

Hacı Əliyev qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya verəcək 3 turnirdə iştirak  edəcək. Hakimlərin ona göstərdiyi qırmızı vərəq isə yalnız hazırda davam edən dünya çempionatından diskvalifikasiya olunduğu anlamına gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.