İdman

Dubl etdi, yığmanın tarixinə düşdü

11 Sentyabr 2019 16:12
0 Şərh     Baxış: 1 113

AVRO-2020-nin seçmə mərhələsində Kosovo ilə keçirilən oyun İngiltərə yığmasının yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandasının 5:3 hesablı qələbə qazandığı matçda dubl edən Sanço bununla yığmasının tarixinə düşüb. Dortmund "Borussiya"sının üzvü 2000-ci ildə və daha sonra anadan olanlar arasında İngiltərə millisinin heyətində qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, A qrupuna 12 xalla İngiltərə yığması  başçılıq edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.