Dabo "Neftçi" azarkeşlərini təhqir etdi: Şərhlərinizi arxanıza soxun -FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin hücumçusu Baqali Dabo növbəti dəfə qalmaqala səbəb olub. Fransalı forvard "ağ-qaralar"ın azarkeşlərinin tənqidinə sərt cavab verib.
Milli.Az sportal.az-a istinadın xəbər verir ki, klubun ən böyük azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]" Dabonu tənqid edib:
"Mənə tez-tez yazırsınız ki, admin, bəs deyirdin, Dabonun zədəsi 3-5 günlükdür, 35 gündür adam yoxdur. Əslində, Dabonun zədəsi "Sperantsa" ilə cavab matçından sonra sağalıb. Amma... İşin bir əmması var. Bu adam oyunçu kimi yaxşı olsa da, insan kimi çox məsuliyyətsiz, laqeyddir. Aylıq "Neftçi"dən 42 min 500 manat maaş alır. Bonusları da gəlsək, təxminən 50-55 min manat edir. Bu ölkədə bunun 100 qat aşağısına işləyən insanlar var. Orta məktəb müəllimi bu maaşı 100 aya qazanır. Hələ xanımı da narazılıq edir.
Baqali Dabo özünü məşqlərdə yuxarıdan aparır, sözün həqiqi mənasında "şişib". Məşqlərə etinasız yanaşır, məşqçi və rəhbərliyin qərarlarına etiraz edir. Buna görə də Roberto Bordin onu "Sabah"la oyundan öncə son anda siyahıdan sildi.
Hər nə qədər Bordinin işini bəyənməsəm də, bu məsələdə tam baş məşqçiyə haqq qazandıram. Yox, sən get istirahət vaxtı dizini zədələ gəl, sonra "saçokluq" elə, indi də çıx ki, mən məşq etmirəm, oynamalıyam. Çox güman rəhbərlik əvəzedici heyətə göndərəcək Dabonu. Ya da etdiyi tərbiyəsizlik üçün üzr istəməlidir".
Azarkeş səhifəsinin bu paylaşımına Dabodan cavab gəlib. "Şərhlərinizi arxanıza soxun, sözlərim sizə xoş deyilsə, daha çox fransızca yazım, tərcümə edərsiniz", - deyə 31 yaşlı hücumçu "Instagram" hesabının hekayə bölümündə cavab verib.
Səhifə admini Dabonun cavab sözlərini klubun mətbuat və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyevə məlumat verdiyini qeyd edib. Allahverdiyev cavab olaraq bildirib ki, də bu barədə klubun idman direktoru Ceyhun Sultanov və rəhbərliyə məlumat verilib.
Premyer Liqanın ilk turunda "Sabah"la oyundan öncə meydana çıxmayacağını öyrənən Dabo baş məşqçi Roberto Bordinin qərarına əsbələşib, hirsli şəkildə reaksiya vermişdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





