İdman

"Ayaks" APOEL-lə ilk oyunda bacarmadı

21 Avqust 2019 07:38
0 Şərh     Baxış: 2 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

3-cü təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşləri qarşısında Hollandiya "Ayaks"ını qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Rumıniyanın ÇFR-i "Slaviya"nı (Çexiya), Avstriya LASK-ı isə Belçika "Brügge"sini qəbul edib. Bu oyunlarda isə qonaq komandalar minimal hesabla üstün olublar.

Pley-off mərhələsinin ilk oyunlarına sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

APOEL (Kipr) - Ayaks (Hollandiya) 0:0

ÇFR (Kluj, Rumıniya) - Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Masopust, 28.

LASK (Avstriya) - Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.

21 avqust

23:00 Dinamo (Zaqreb, Xorvatiya) - Rusenborq (Norveç)
23:00 Olimpiakos (Yunanıstan) - Krasnodar (Rusiya)
23:00 Yanq Boyz (İsveçrə) - Srvena Zvezda (Serbiya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.