“Qarabağ”ı gözləyən yüksək mükafat... - 5 milyon avro...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq "Qarabağ" mərhələ adlayacağı halda maddi tərəfdən də yüksək qazanc əldə edəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytının ötən ay açıqladığı 2019/20 mövsümü üçün hesabatında qeyd edilir ki, ÇL-də pley-offa yüksələn komanda ən azı 5 milyon avro gəlir əldə edəcək. Bu məbləğ komanda pley-off-da uduzacağı halda kluba ödəniləcək. ÇL-də qrupa yüksələcəyi təqdirdə isə "Qarabağ" daxil bu mərhələnin bütün 32 iştirakçısına 15,25 milyon (üstəgəl əlavə bonuslar) veriləcək. Deməli, "Qarabağ" mərhələni keçsə, təkcə özünün və ölkəmizin reytinq xalını yüksəltməyəcək, həm də maddi gəlirini artırmış olacaq.
Yox, əgər "Qarabağ" APOEL səddini adlaya bilməyib, Avropa Liqasının pley-off-una düşsə, o halda həmin mərhələyə qədərki gəliri xeyli azalacaq. Bu zaman "Qarabağ"ın UEFA-dan alacağı mükafatın məbləği 1 milyon 140 min avro təşkil edəcək (birinci mərhələ üçün 280 min, ikinci mərhələ üçün 380 min, üçüncü mərhələdə iştirak üçün 480 min avro) .
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının qrupunda oynayacaq 48 komanda üçün isə 2,92 milyon avro mükafat nəzərdə tutulub.
Xatırladaq ki, "Qarabağ" - APOEL oyunu bu gün saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bu komandaların Kiprdə keçirilən ilk matçında Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)





