İdman

De Rossi Argentina klubunda

25 İyul 2019 18:08
0 Şərh     Baxış: 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma"nın əfsanəvi kapitanı Daniele De Rossinin yeni komandası müəyyənləşib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Argentinada davam etdirəcək.

Veteran oyunçu "Boka Xuniors"da çıxış edəcək. Ulduz futbolçu artıq Argentinaya yollanıb. 

İtaliyalı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq. Onun bu müddət ərzində qazancı 500 min avro olacaq.

Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən "Roma"da çıxış edirdi. O, yetirməsi olduğu paytaxt klubunda 616 oyuna çıxıb, 63 qol vurub, 54 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.