EYOF Bakı 2019: Milli Gimnastika Arenasının zalı çox yaxşıdır - Litva nümayəndə heyətinin nümayəndəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda keçirilən gimnastika yarışlarında iştirak etmək həmişə xoşdur.
Milli.Az bildirir ki, bunu Trend-ə Ritis Simonaviçyus - Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastika yarışlarında iştirak edən Litva nümayəndə heyətinin nümayəndəsi deyib.
"Bu, Azərbaycanın paytaxtına ikinci səfərimdir, əvvəllər 2015-ci ildə Birinci Avropa Oyunlarında burada olmuşam. Bakıda yenidən olmaq, yarışlarda iştirak etmək, insanlarla ünsiyyət qurmaq və lazım olduqda onlardan dəstək və kömək almaq xoşdur", - o, deyib.
Simonaviçyusun sözlərinə görə, Bakıdakı Milli Gimnastika Arenasının zalı ona böyük təəssürat bağışlayıb.
"Çox gözəl zal, avadanlıq - bunlar təsirlidir. Görünür ki, Azərbaycanda idmanı sevirlər", - o, qeyd edib.
Gimnastika yarışında iştirak edənlərin səviyyəsindən danışan Simonaviçyus Rusiya və Ukrayna komandasını fərqlənmədiyini vurğulayıb.
"Gimnastika üzrə Azərbaycan millisi yaxşı görünür - döyüş ruhu hiss olunur. Arenanın zalı, azarkeş dəstəyi ən yaxşı başlanğıc kökləyir", - Litva nümayəndə heyətinin nümayəndəsi əlavə edib.
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib.
İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.
Yarışda Azərbaycanı 4 gimnast - Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.
Xatırladaq ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı





