İdman

"Neftçi"nin Avropa Liqası oyununa erməni təyinat aldı

2 İyul 2019 18:59
0 Şərh     Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" və "Neftçi" arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

İyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Sperantsa" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.