“Bütün zəif tərəflərimiz milli komandalarda üzə çıxır” – Ağasəlim Mircavadov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ümumiyyətlə, bu mərhələdə komanda düzəlməlidir. Təzə məşqçi gəlib, onun da öz fikirləri var. Evdə 2 oyunda məğlub olduq. Hazırda qalan bütün oyunlar bizim üçün çox vacibdir. İlk olaraq, heyəti təkmilləşdirib, öz oyunumuzu qurub və bununla bərabər, maksimum xal toplamalıyıq. Mən belə başa düşürəm ki, millidə cavan uşaqlara çox ehtiyac var. Gəlib, yığmada öz yerlərin tutsunlar. Cavanlardan çox şey asılıdır. Gərək, hazır vəziyyətdə yığmaya gəlsinlər"
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov millimizin Avro-2020-nin seçmə mərhələsindəki çıxışı haqda deyib.
72 yaşlı mütəxəsis yığmamızın bu gün səfərdə Macarıstanla qarşılaşacağı oyun haqda da danışıb:
"Millimiz ümumiyyətlə, hər matça axırıncı oyun kimi çıxmalıdır. Söhbət xaldan getmir. Mən hər zaman birinci olaraq, komandanın göstərdiyi oyunu düşünmüşəm. Gələn mərhələdə yaxşı oynamaq üçün indidən heyəti təkmilləşdirməliyik. Hazırda cavanlara ehtiyac var və onlar da həvəsli olurlar. Amma gərək, o uşaqlar da yığmaya layiqli olsun. Öncədən milli komandada oynayan futbolçulardan da çox şey asılıdır. Görün, neçə ildir ki, birlikdə oynayırlar. Biz istəyirik ki, axşam millimiz qələbə qazansın. İstəyimiz ancaq budur. Düşünürəm ki, ağır oyun olacaq. Hazırda biz asan qollar buraxırırq. Bu haqda düşünüb, işləməliyik".
O bildirib ki, əsas olan sərgilənən oyundur: "Əgər biz əsas olaraq sərgilənən oyunu yox, toplanan xalları sayırıqsa, turnir cədvəlində nəticəmiz görsənir. Ancaq bu, yığmadır. Hər bir futbolçu, məşqçi bu haqda düşünməlidir. Yığma bu milləti təşkil edir. Hər oyuna final oyunu kimi çıxmalısan. Sona qədər mübarizə aparmalıdırlar. Lixtenşteyn, Andorra kimi millilərin oyunlarına çox baxıram. Məsələn, Andora bir neçə gün öncə Moldovanı məğlub etdi. Milli komanda tarixində 7-ci qələbələrini qazandılar. Mən oyuna baxırdım, sevinirdilər. Qazandıqları qələbə onları növbəti mərhələyə çıxarmırdı, ancaq onlar üçün qələbə vacibdir. Biz də onlar kimi bu cəhətdən hərəkət etməliyik. Mən heç vaxt proqnoz vermirəm. Əgər yaxşı oyun varsa, xallar da olacaq. Xorvatiyayla evdə yaxşı oynamışdıq. Bilirsiz, məşqçi təzədir, futbolçular dəyişilib, çoxu gedib. Gedənlərin yerinə hələ də keyfiyyətli oyunçular gəlməyib. Ümumi Azərbaycan futbolunu düşünmək lazımdır. Bizim bütün zəifl tərəflərimiz müxtəlif yaş qruplarındakı yığmalarda, əsas millidə və klublarımızın Avropadakı oyunlarında ortaya çıxır. Bu haqda düşünüb, iş görməliyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda





