İdman

Buffon PSJ-dən niyə ayrılıb?

16 İyun 2019 17:22
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Canluici Buffon PSJ-dən ayrılmasının səbəbini açıqlayıb.

Milli.Az Qol.az-a istinadən bildirir ki, italiyalı qolkiper ehtiyatda oturmaq istəmədiyi üçün bu addımı atdığını bildirib:

"Hələ 5 ay öncə PSJ-də mənə ikinci qapıçı olmaq təklif edildi. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtım var idi. Sonda belə qənaətə gəldim ki, bu, mənlik deyil. Bu səbəbdən böyük pullardan imtina etdim və müqaviləmi uzatmamaq qərarına gəldim. PSJ-nin təklifi tamamilə qanuni, anlaşılan və cəlbedici idi. Amma dediyim kimi, oynamaq istəyirəm. Paris klubundan ayrıldıqdan sonra bir neçə yaxşı təklif almışam".

Qeyd edək ki, Buffon PSJ-yə 2018-ci ilin yayında "Yuventus"dan keçmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.