İdman

Əlil İdmançılara Dəstək İctimai Birliyi Şəki və Qəbələ rayonlarına səfər təşkil edib

14 İyun 2019 15:24
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlil İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində Şəki və Qəbələ rayonlarına səfər təşkil etmişdir.

Milli.Az xəbər verir ki, iştirakçılar Şəki şəhərində Xan sarayında olmuşdular. Tarixi abidə haqqında iştirakçılara geniş məlumat verilmişdir. Tədbirdə ox atma idman növü üzrə paralimpiyaçı idmançılar Qalib Vəliyev Şahin Cabbarov və baş məşqçi İlqar Abbasovun iştirakı ilə tarixi abidəni ziyarət edən yerli və xarici turistlər qarşısında kamandan ox atma idmanının əyani atış göstərişləri olmuşdu. Tədbirdə Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov , Şəkidə səfərdə olan Fransa Parlament Assambleyasının üzvləri, Şəki şəhərində yaşayan əlilliyi olan insanlar iştirak etmişdi.

Daha sonra layihənin işçi qrupu və iştirakçılar Qəbələ rayonunda QHT-nin Resurs və Təlim Mərkəzində Qəbələ rayon İcra Hakimiyyətinin ictimaiyyət və humanitar şöbəsinin müdir müavini Absalam Huseynov, Şəhid ailələri Qarabağ Əlilləri Veteranları İctimai Birliyinin Qəbələ rayon şöbəsinin sədri və üzvləri ilə görüşmüşdülər. Tədbirdə layihə rəhbəri Zöhrab Babayev layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, "Azərbaycanın tarixi abidələrinin, milli mənəvi dəyərlərinin təbliğinə paralimpiyaçı idmançıların qoşulması eyni zamanda paralimpiya hərəkatının regionda yaşayan əlilliyi olan insanlar arasında təbliğ edilməsinə dəstək olmaqdır"...

Sonra tədbir iştirakçıları mövzu ətrafında çıxışar etdilər, bölgələrdə olan olimpiya komplekslərində paralimpiya idman növlərinin də təlim edilməsini təklif etdilər.

Sonda tədbirlərin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə Əlil Idmançılara Dəstək İctimai Birliyinin rəhbərliyi adından Şəki və Qəbələ rayon İcra Hakimiyyətlərinin Başçılarına təşəkkür ifadə olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.