İdman

Ronaldodan növbəti xeyirxah addım - VİDEO

9 İyun 2019 17:28
4 Şərh     Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Juventus" və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştiano Ronaldo, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldo avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.