İdman

"Zirə" "Qəbələ"nin daha bir futbolçusunu transfer etdi - FOTO

3 İyun 2019 14:40
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırıb. 

Milli.Az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən "qırmızı-qaralar"ın formasını geyinməyəcək.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. 

E.Camalov karyerasını "Zirə"də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl Cavid Hüseynov da "Qəbələ"dən "Zirə"yə keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.