İdman

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının bağlanış mərasimi keçirilib - FOTOREPORTAJ

19 May 2019 19:20
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir çərçivəsində Avropa çempionatının bayrağının ötürülməsi mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlanə Məmmədzadə bayrağı Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qaibova verib. UEG prezidenti isə öz növbəsində onu Ukraynanın Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryuqinaya təqdim edib.

Qeyd edək ki, 36-cı bədii gimnastika üzrə Avropa çempionatı Ukraynada keçiriləcək.

Daha sonra bağlanış mərasimi Bakıda keçirilən çempionatda iştirak edən gimnastların çıxışları davam etdi.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.