İdman

Siyana Vasileva zədəsi haqqında: Qısa zamanda sağalacağıma ümid edirəm

26 Aprel 2019 18:46
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının kapitanı Siyana Vasileva bir müddət əvvəl aldığı zədəni qısa zamanda sağaldacağına ümid edir.

Milli.Az bildirir ki, bunu Trend-ə gimnast özü deyib. O bildirib ki, zədəni məşq zamanı alıb:

"Dünya Kuboku və digər turnirlərlə əlaqədar bizim məşq yükümüz çox olub. Mən komandanın kapitanıyam və ən çətin elementlərdən birini yerinə yetirirəm. Nəticədə məşqdə zədə aldım. Hazırda müalicə olunuram. Həkimlər məni ayağa qaldırmaq üçün əlindən gələni edir. Qısa zamanda sağalacağıma ümid edirəm".

Gimnast bildirib ki, Dünya Kubokunda iştirak edə bilmədiyinə görə çox təəssüflənir:

"Bu, mənim ən sevimli yarışlarımdan biridir. Tamaşaçılar bizi çox yaxından dəstəkləyir. Mən həmişə məhz burada daha yaxşı nəticə göstərmək istəmişəm".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.