İdman

İslamı qəbul edib müsəlman olan DÜNYA ULDUZLARI - FOTO

21 Aprel 2019 20:45
8 Şərh     Baxış: 2 422

Hazırda dünyada müsəlmanların sayı 1.8 milyard nəfərdir. Hər gün İslamı qəbul edənlərin sayı artır.

Milli.Az ölkə.az-a istinadən digər dinlərdən İslama keçid edən dünyanın məşhur simaları barədə araşdırma yazını təqdim edir.

Niderland parlamentinin keçmiş millət vəkili Yoram van Klaveren 2018-ci ilin oktyabr ayında İslamı qəbul edib. Siyasətçi ultra-sağ partiyanın üzvü olub və İslamı tənqid edən kitab yazmaq isətyib. Amma iş prosesində onun baxışları kökündən dəyişib və müsəlman olub. Hazırda Yoram İslam əleyhdarlarına cavab verən kitab üzərində işləyir.

2018-ci ilin oktyabr ayında irlandiyalı müğənni və bəstəkar Şineyd Okonnor da İslamı qəbul edib. 30 il əvvəl o, "Nothing Compares 2U" mahnısı ilə məşhurlaşmışdı və antimilitarizm axınını dəstəkləyirdi. Şineyd Tvitter səhifəsində video paylaşdı və intihar həddində olduğunu, İslam dini ilə hüzura qovuşduğunu bildirdi: "Mən demək istəyirəm ki, müsəlman olduğumla fəxr edirəm. Mənim bundan sonra adım Şuhəda olacaq".

Məşhur britaniyalı musiqiçi Ket Stivens də karyerasının zirvəsində islamı qəbul etdi və adını Yusif İslam olaraq dəyişdi. Bu isə nəinki onun vətənində, bütün dünyada böyük rezonansa səbəb oldu. Musiqini tərk edən Yusif İslam özünü dini-ictimai fəaliyyətə həsr etdi.

"Mənə çətin idi. Bir dəfə Sakit okeanı üzüb keçmək istədim, gücüm çatmadı. Mən həyata tutunmaq üçün bir çox mərhələdən keçdim. İnancımla bağlı Tanrıya müraciət etdim. Bu mənim dinim idi. Allah, məni xilas et və mən Quran oxudum", - deyə musiqiçi bildirib.

Fransız yazıçı, filosof və siyasi xadim Roje Qarodi də 1982-ci ildə İslamı qəbul edib. Bu vaxta qədər o, bəşəriyyəti zorakılıq və problemlərdən, ədalətsizlikdən qorumaq üçün vasitə axtarmaqla məşğul olub. Axtarışlar onu İslam dini ilə qarşılaşdırdı. Filosof deyir: "Dünyada istənilən ideya 50-100 il ərzində köhnəlir və dəyərini itirir. Yeganə istisna isə Qurandır. Quran hər il bəşəriyyətə daha da aydın olur. Elə bil ki, yenilənir".

Fransız futbolçu və məşqçi Tyerri Anri Londonun "Arsenal" klubunun unudulmaz ulduzlarından olub. O, 2006-cı ildə İslamı qəbul edib. O dövrdən sonra futbolçu vurduğu bəzi qolları səcdəyə getmə hərəkəti ilə qeyd etməyə başladı.

"Mən digər dinlərin nümayəndələrinə müraciət edirəm. Əgər onlar İslamla maraqlanırlarsa, ətrafa baxsınlar, dünyanı öyrənsinlər, bu zaman İslamı başa düşəcəklər", - deyə Tyerri bildirib.

Digər fransız futbolçu, vaxtilə "Real Madrid"də oynayan Jülyen Fober də İslamı qəbul edib. Bunun səbəbi isə əlcəzairli qızla evləndikdən sonra oldu. Hazırda Jülyen "İnter" klubunda oynayır.

Frank Riberi də 2006-cı ildə İslamı qəbul edib. Bu, onun qızı dünyaya gəldikdən sonra baş verdi. İdmançının sözlərinə əsasən, bir neçə dəfə Quranı oxuyub və güclü şəkildə təsirlənib. İslamı qəbul edən Frank Bilal adını qəbul etdi. Hər oyuna o, dua etməklə başlayır və spirtli içkilərdən uzaq durur. Hazırda "Bavariya" futbol klubunda yarımmüdafiəçidir.

Fransız futbolçu Nikolya Anelka da İslamı 2004-cü ildə qəbul edib. O, dostlarından biri ilə din barədə söhbət etdikdən sonra müsəlman olmaq qərarına gəlib. Anelka BƏƏ məscidlərinin birində kəlmeyi-şəhadət gətirərək müsəlman olub. Özünə isə Bilal Əbdülsalam adını götürüb. Məkkə və Mədinəyə səfər edən Anelka Ümrə ziyarətini də edib.

Şems Fridlander 1940-cı ildə Amerikada, rusiyalı yəhudi miqrantların ailəsində anadan olub. Nyu-Yorkda rəssam-qrafist kimi məşhurlaşıb. 1960-70-ci illərdə mənəvi axtarışa çıxır və təsəvvüflə tanış olur. O, Mevlana təriqəti ilə maraqlanır və Cəlaləddin Ruminin "kim olursan gəl" fikrindən sonra müsəlman olur.

Şems bundan sonra İslama aid bir neçə kitab yazır, sənədli filmlər hazırlayır. Onun əsas mövzusu Cəlaləddin Rumi idi.

İslamı qəbul edən məşhurlardan söz düşmüşkən, Malkolm İks və boksçu Məhəmməd Əlinin adını çəkməmək olmaz...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    PRiNS · 21 Aprel 21:01114

    "Yalan elece yalandır. İster ona 5 nefer uysun, ister 5 milyard nefer" (Pyer Ümidyar, İslamı redd eden Amerikalı Fars milyarderi)

    Cavab yaz
  • Anonim
    ana · 21 Aprel 21:02101

    allah heç kimsəni islam dinindən dilindən imanından allaha olan məhəbbətindən sədaqətindən ayırmasın inşallah

    Cavab yaz
  • Anonim
    Şems* · 21 Aprel 22:38100

    Məşhur ingilis yazıcısı George Bernard Shaw İslam haqqında deyir: “... Mən Məhəmmədin (s) dinini onda olan həyat gücü və yaşam əhvali-ruhiyyəsi baxımından yüksək dəyərləndirirəm. Fikrimcə, İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir. Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək”

    Cavab yaz
  • Anonim
    Şems* · 21 Aprel 22:3880

    Lothran Stodard amerikalı alim, tarixçi deyir: “İslamın əzəməti üçün onun bütün maneələrə baxmayaraq, yenə də öz həqiqət və fəzilətlərini dünyada aşkar etməsi kifayətdir. Çünki İslam həm sadə, həm də ağıla müvafiq dindir”.

    Cavab yaz
  • Anonim
    Şems* · 21 Aprel 22:3990

    Alman şərqşünası C. de Gobineau “Asiyada üç il” kitabında yazır: “ İslam bəşər üçün pak, qatqısız və nöqsansız bir din gətirmişdir”.

    Cavab yaz
  • Anonim
    Şems* · 21 Aprel 22:4090

    Fransız tədqiqatçı Emile der Menghen yazır: “İslam ürəklərə təkan verən bir çağırış tək, şərq və qərbi dinsizlik və qəflətdən oyatdı. Qəlblərə elə bir təsir bağışladı ki, bəşər tarixi heç bir əsrdə belə bir daxili oyaniş və ictimai hərəkata təsadüf etməmişdir”.

    Cavab yaz
  • Anonim
    Şems* · 21 Aprel 22:4290

    Məşhur tarixçi Uill Dürant deyir: “İslam bütün dinlərdən sadə və aydın dindir. Çünki onun əsasını “La ilahə illəllah, Muhəmmədur-rəsullullah” təməl prinsiplərinə şəhadət vermək təşkil edir”.

    Cavab yaz
    • Anonim
      Şafa · 22 Aprel 08:2820

      Məlumat ücün təşəkkürlər

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.