İdman

Azərbaycanlı “Qızıl Qurd” karate üzrə dünya çempionuna qarşı - FOTO

19 Mart 2019 18:29
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı dünya çempionu Bəhram Rəcəbzadə kikboksinq üzrə peşəkar rinqdə növbəti döyüşünə çıxacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "Qızıl Qurd" ləqəbli Rəcəbzadə 95 kq çəki dərəcəsində "X Fight Nights" promouterinin "Legends" ("Əfsanələr") adlı döyüş gecəsində çıxış edəcək.

Görüş martın 29-da Çexiyanın paytaxtı Praqanın "Kralovka" İdman Zalında baş tutacaq. "Orion" İdman Klubunun döyüşçüsü olan Rəcəbzadənin rəqibi çexiyalı kyokuşin karate üzrə dünya çempionu Yan Soukup olacaq. Döyüş kikboksinqin K1 versiyası üzrə keçiriləcək.

Qeyd edək ki, Bəhram Rəcəbzadə İran azərbaycanlısı olsa da, döyüşlərini tarixi vətəni olan Azərbaycan adından keçirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.