İdman

"Mançester Yunayted" və "Portu" 1/4 finalda - FOTO

7 Mart 2019 07:05
0 Şərh     Baxış: 2 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Portuqaliyanın "Portu" klubu doğma meydanda İtaliyanın "Roma" klubunu qəbul edib.

Oyunun əsas vaxtı ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən oyundada "Roma"nın anoloji hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtdada ev sahibi rəqibindən güclü olmağı bacarıb. Oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: T.Soares (26-cə dəqiqə), D. De Rossi (37-ci dəqiqə), M.Mareqa (52-ci dəqiqə), A.Telles (117-ci dəqiqə, penalti).

Beləliklə, "Portu" 1/4 final mərhələsinə yüksəlib.

Digər oyun Fransanın "PSJ" klubu və İngiltərənin "Mançester Yunayted" klubu arasında keçirilib. "PSj"-nin meydanın keçirilən oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: R.Lukaku (2-ci və 30-cu dəqiqələr), X.Bernat (12-ci dəqiqə), M.Reşford (90+4-cü dəqiqə, penalti).

İlk oyun "PSJ"nin 2:0 qalib gəlməsinə baxmayaraq səfərdə daha çox qol vuran tərəf kimi "Mançester Yunayted" 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

7 mart

00:00. "Portu" - "Roma" - 3:1
Qollar: 
Tiqunyo, 26 (1:0), De Rossi, 37-pen (1:1), Mareqa, 53 (2:1), A. Telleş, 90+4-pen. (3:1)
İlk oyun - 1:2

00:00. PSJ - "Mançester Yunayted" - 1:3
Qollar: Lukaku, 2 (0:1), Bernat, 12 (1:1), Lukaku, 30  (1:2), M. Reşford, 90+4 (1:3)
İlk oyun - 2:0

13 mart

00:00. "Yuventus" - "Atletiko"
İlk oyun - 0:2

00:00. "Mançester Siti" - "Şalke
İlk oyun - 3:2

14 mart

00:00. "Barselona" - "Lion"
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"
İlk oyun - 0:0


6 mart

00:00. "Real" - "Ayaks" - 1:4
Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 72 (1:3), L. Şöne, 75 (1:4)
İlk oyun - 2:1
 

00:00. "Borussiya" (Dortmund) - "Tottenhem" - 0:1
Qol:
 H. Keyn, 48
İlk oyun - 0:3

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.