"Azərbaycan idmanına qarşı təxribatlardır" - Dopinqə görə üç dəfə cəzalanan idmançı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gündə bir dopinq qərarımı çıxarırlar. Maşallah, hər il dopinqlərimin sayı artır. Bu vaxta qədər dopinq aşkarlandığını niyə demirdilər? Üstündən 10 il keçəndən sonra deyirlər ki, dopinqə düşmüsən. Əsasən bunu araşdırmaq lazımdır".
Milli.Az xəbər verir ki, bu sözləri "report"a açıqlamasında 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən Azərbaycan millisinin sabiq üzvü İntiqam Zairov Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən daha 2 il cəzalandırılması barədə danışarkən deyib.
34 yaşlı veteran idmançı həmin yarışdan öncə və sonra da ondan dopinq nümunəsi götürüldüyünü bildirib. Zairovun sözlərinə görə, həmin vaxt dopinq-test müsbət nəticə verməyib: "Dopinq aşkarlansaydı, kimsə məni yarışa göndərərdi? Göndərməzdilər axı. Dövlət bunun üçün vəsait ayırır. Heç vaxt göndərməzlər ki, Azərbaycan idmanı adına mənfi hal sayılsın".
Sabiq ağırlıqqaldıran qərarlarla razılaşmadığı da sözlərinə əlavə edib: "Dopinq qərarı bir dəfə olar, iki dəfə olar, nə olub? Mən analizi bir dəfə verməmişəm ki... Bir neçə dəfə götürülüb. Bu, bir oyundur. Nə olduğu da bəllidir. Azərbaycan idmanına qarşı təxribatlardır. Gündə bir maddə aşkarlayırlar. ABŞ tərəfdəndir, nə məsələdir, bilmirəm. Əvvəlki yarışları araşdırırlar. Özlərindən bir şey çıxarırlar ki, bu, dopinqə tutulub. Bunu idmançıya 10 ildən sonra deyirlər. Mən 2008-ci ildə yarışa çıxmışam. Həmin vaxtdan indiyə qədər neçə il keçib? Artıq 2019-cu ildir. Analizlər hamısı onların əlindədir".
Təcrübəli ağırlıqqaldıran 2012-ci il London Yay Olimpiya Oyunları ərəfəsində yolxlanıldığını bildirib: "Səhər saat 7-də məni axtarırdılar. Mən qaçmamışdım. Həmin şəhərin içində olmuşam. Məndən analizlər götürüldü. Axı nəyisə gizlətməmişəm. Bütün bunlar Londonda güclü laboratoriyada olub. Məndə problem olsaydı, həmin an çıxarda bilərdilər. 5 il sonra çıxardır deyir ki, dopinqə tutulmusan. Elə şey olur? Hamısı orada yoxlanılırdı. Səhər tezdən heç yemək də yeməmişdim. Hava güclə açılırdı. Gəldilər məni götürdülər, mən də analiz verməyə getdim. Həmin vaxt qan analizi və digər analizi də verdim".
2025-ci ilə qədər cəzalı duruma düşən idmançı dopinq cəzaları ilə bağlı heç bir rəsmi şikayət etmədiyini bildirib: "Kimə şikayət edim? Şikayət etsəm, nəsə dəyişməyəcək axı. Onlar öz qərarlarını orada çıxarırlar, nəyisə də sübut etmək olmur. Getsəm də, yaxınlığa buraxmırlar. Özləri qərar çıxarır və deyir ki, budur. İstəsən də budur, istəməsən də... Məcbursan ki, deyilənlə razılaşasan. Başqa yolu yoxdur. Çıxış yolu olsaydı, əlləşib vuruşardım".
Zairov artıq idmançı karyerasını başa vurduğunu və hazırda əlavə heç bir işlə məşğul olmadığını bildirib: "Artıq vaxtdır. Onsuz da demək olar ki, karyeramı başa vurmuşam. Azdan-çoxdan Azərbaycan idmanı üçün nəyə gücümüz çatdısa, elədik. Öz dövlətimdir. Bu, mənim borcumdur etməliyəm. Cəzalananlar yalnız Azərbaycan idmançıları deyil ki..."
Qeyd edək ki, İntiqam Zairova daha 2 illik cəza 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi səbəbindən tətbiq olunub. Orqanizmində xlordehidrometil-testosteron maddəsi aşkarlanan təcrübəli ağırlıqqaldıranın 24 aylıq cəzası 23 dekabr 2023-cü ildən hesablanacaq. Daha əvvəl Zairov 13 aprel 2013-cü ildə xlordehidrometil-testosterondan yararlandığı üçün 2 illik sanksiya ilə üzləşib. 21 dekabr 2015-ci ildə isə orqanizmində xlordehidrometil-testosteron və nandrolon dekanoat tapılması səbəbindən o, 8 il müddətinə diskvalifikasiya olunub. Onun "London-2012"dəki dopinq-testinin müsbət nəticə verməsi ilə əlaqədar cəza isə hələ açıqlanmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
-
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
-
Lerikdə zəlzələ olub
-
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb





