İdman

“Nyukasl” qələbəni son anda əldən verdi - FOTO

12 Fevral 2019 08:03
0 Şərh     Baxış: 537

İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Günün ilk matçında "Mançester Yunayted" səfərdə "Fulhem"in qonağı olub. "Qırmızı şeytanlar" bu görüşdə 3 cavabsız qola seviniblər.

"Liverpul" bu turda "Bornmut"u, "Arsenal" isə "Haddersfild"i sınağa çəkib. 3 cavabsız qola sevinən "Liverpul" yenidən zirvəyə yüksəlib. "Arsenal" da bu turu qələbəylə başa vurub.

Turun mərkəzi görüşü Mançesterdə olub. "Mançester Siti" öz meydanında "Çelsi"ni qəbul edib. London klubu son çempiona 6 cavabsız qolla uduzub. Bazar gününün digər oyununda "Tottenhem" doğma meydanda "Lester" üzərində inamlı qələbəyə sevinib.

Son oyun günündə bir görüş baş tutub. "Nyukasl" "Vulverhempton"la səfər matçında qələbəni son anda əldən verib.

İngiltərə Premyer Liqası, 26-cı tur

9 fevral

Fulhem - Mançester Yunayted 0:3
Qol: Poqba, 14; 65-pen. Marsyal, 23.

Kristal Pelas - Vest Hem 1:1
Qol: Zaha, 76 - Noble, 27-pen.

Haddersfild - Arsenal 1:2
Qol: Kolasinaç, 90-öz qapısına - İvobi, 16. Lakazette, 44.

Liverpul - Bornmut 3:0
Qol: Mane, 24. Veynaldum, 34. Salah, 48.

Sauthempton - Kardiff Siti 1:2
Qol: Stefens, 90 - Bamba, 69. Zohore, 90.

Uotford - Everton 1:0
Qol: Qrey, 65.

Brayton - Bernli 1:3
Qol: Daffi, 76 - Vud, 26; 61. Barnes, 74-pen.

10 fevral

Tottenhem - Lester 3:1
Qol: D.Sançes, 33. Eriksen, 63. S.H.Min, 90 - Vardi, 76.

Mançester Siti - Çelsi 6:0
Qol: Sterlinq, 4; 80. Aquero, 13; 19; 56-pen. İ.Gündoğan, 25.

11 fevral

Vulverhemtpon - Nyukasl 1:1
Qol: Boli, 90 - Hayden, 56.

Bombardir: Məhəmməd Salah (Liverpul), Serxio Aquero (Mançester Siti) - 17 qol.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.