"Keşlə"nin baş məşqçisi: "Uşaq səhvlərindən qollar buraxırıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
Milli.Az Report-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bölüşüb:
- Maraqlı oyun gördük. Əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi. Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslardan istifadə edə bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Andre Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm.
- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa..?
- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda məğlub olduq. Bəlkə də, futbolçuların özlərinə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç ümumiyyətlə komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki "Neftçi"nin hücum xətti çox güclüdür.
- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?
- Artıq vaxtımız yoxdur. Mayın sonuna qədər nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.
- Klubda maliyyə problemlərinin olduğu deyilir...
- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündür.
- Start heyətdə 5 legioner var idi. Deyirsiniz ki, futbolçularda özünəinam yoxdur. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdır. Onları bura gətirməyin məsuliyyəti kimdədir?
- 4 futbolçu transfer etmişik. 3-ü legionerdir, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldən məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdur. Yeni gələnləri bütün məşqçilər korpusu bəyənib.
- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdır: hazırlıq, maliyyə və psixoloji durum. Əsas problem nədir?
- Dedik ki, maliyyə barədə problem yoxdur, hazırlıq da normaldır. Sadəcə, psixoloji cəhətdən çətinlik var. Məğlubiyyətə öyrəşən komandanı vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin qorxu ilə oynayırlar.
- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?
- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli oyunçu komandanı tərk edib. Bəlkə də onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.
- Mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?
- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı qara zolaqdan çıxaraq.
- Emin Mehtiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimdədir?
- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Belə problemlər həmişə mövcud ola bilir. Kimisə günahlandırmaq mənasızdır. Emin yaxşı formadadır, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.
- Zaur Axundov deyib ki, əgər PFL icazə versə, texniki zonada əyləşəcək. Bu baş versə, sizə əlavə təzyiq yaranmayacaq?
- Mənim üçün heç bir gərginlik yoxdur. Klubun prezidentidir. Bu gün də görürsünüz ki, gərginlik yoxdur. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, deməli, oturmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
XƏBƏR LENTİ
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)





