İdman

12 yaşlı hindistanlı şahmatçı dünyanın ikinci ən gənc qrossmeysteri adını qazanıb

16 Yanvar 2019 22:17
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda keçirilən ənənəvi "Delhi Open" yarışında tarixi nəticə qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirdə iştirak edən hindistanlı gənc Tamil Nadus D Qukeş yarışın sonuna bir tur qalmış qrossmeyster adını qazanıb. O bu nəticəni 12 yaş 7 ay 17 günlüyündə göstərib. Qukeş bu göstərici ilə dünya şahmat tarixində ikinci ən gənc qrossmeysterdir. Dünyanın ən gənc qrossmeyster adını isə hələ də rusiyalı Sergey Karyakin daşıyır. Karyakin 12 yaş 7 aylığında qrossmeyster adını qazanıb. Üçüncü yerdə isə ötən ilin sonunda 12 yaş 10 ayında qrossmeyster adını qazanmış özbək Cavohir Sindarov qərarlaşıb.

Qeyd edək ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen qrossmeyster adına 13 yaş 4 ay 27 günlüyündə sahib olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.