"İnter"in yarımmüdafiəçisi Samir Zərgərovun klubun rəsmi saytına müsahibəsi.
- Ötən turda komandanız "Кəpəz"lə görüşdü. Keçirilən oyun barədə sənin fikirini öyrənmək istərdik...
- "Kəpəz"lə oyun çox maraqlı oldu. Hər iki komanda kifayət qədər qol şansı əldə etdi, lakin bu vəziyyətləri dəyərləndirə bilmədi. Biz fərqlənmək üçün daha çox fürsət yaratdıq, amma şansızlıq hesabı açmağa imkan vermədi.
- "İnter"dən əvvəl sən məhz Gəncə klubunun şərəfini qoruyurdun. Keçmiş komandana qarşı oynamaq sənin üçün necə alındı?
- Bu, mənim üçün adi oyun idi. Hər görüşdə olduğu kimi, qələbə qazanmaq istəyirdim, təəssüf ki, alınmadı.
- Qarşıda "İnter"i "Xəzər-Lənkəran"la çətin oyun gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərsən?
- İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq. Hansısa proqnozları vermək istəmirəm. Bütün sualların cavabını keçiriləcək oyun verəcək.
- Sənin fikirincə, "İnter" nəyin hesabına "Xəzər-Lənkəran"ı üstələyə bilər?
- "İnter" komandasının potensialı hər rəqibi üstələməyə imkan verir. Fikirimcə, onları taktiki hazırlıqda da üstələyə bilərik.
- Rəqibin birinci yerdə getməyi "İnter"i qorxutmur ki?
- Yox, bu bizi qorxutmur. Çempionatın indiki mərhələsində istənilən komanda birinci yerdə gedə bilər. Meydana çıxanda, bizi rəgibin turnir cədvəlindəki yeri maraqlandırmır. Əsas məqsədimiz qələbə qazanmaqdır.
- Bu mövsüm "Xəzər-Lənkəran"ın oyunlarını izləmisən? Bu komanda haqqında hansı fikirdəsən?
- Bir neçə oyunlarını izləmişəm. Deyə bilərəm, ki onlar pis təsir bağışlamırlar. Bilirəm ki, bu klub hələ də çempionatda məğlub olmayıb, amma ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacaqlarına ümid edirəm.
- "İnter"in heyətində sən artıq üç görüşdə meydana çıxmısan. Hətta debüt oyunda fərqlənməyi da bacarmısan. Keçirilən görüşlərdə öz oyunundan razı qaldın?
- Sevindirici haldır ki, elə "Sumqayıt Şəhər" klubuna qarşı keçirilən debüt oyunumda qol vurdum və komandamız qələbə qazandı. Qeyd etmək istərdim ki, mən zədədən təzəcə sağalmışam və hələ də optimal formada deyiləm. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərib komandama daha böyük fayda verə biləcəyəm.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Samir Zərgərov: ""Xəzər Lənkəran" bizi maraqlandırmır"
27 Sentyabr 2011 18:08
0 Şərh
Baxış: 284

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
-
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı
-
Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO
-
Türkiyənin bu təklifi erməniləri dəli elədi
-
Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”
-
İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOlar
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
-
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”
-
Jotadan sonra daha bir futbolçu qəza törətdi, bacısı öldü - FOTO
-
Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO
-
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
-
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO
-
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib - FOTO
-
Bakı Asiyanı Avropa ilə birləşdirir
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Professorun oğlu faciəli şəkildə öldü - FOTO