İdman

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

5 Dekabr 2018 13:00
0 Şərh     Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boka Xunyors" və "River Pleyt" arasında oynanılacaq Libertadores Kuboku finalın cavab görüşü öncəsi Argentina küçələrində hərəkətli anlar yaşanıb.

Milli.Az xəbər verir ki, Argentinada baş verən olaylara görə final matçı Madrid "Real"ının "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. İspaniya paytaxtında keçiriləcək oyun üçün yola düşən "Boka Xuniors"u azarkeşlər yola salıb.

Axşam saatlarında küçələrə axışan "Boka" tərəfdarları komandanın avobusunun yola düşməsi ilə sevgilərini göstərməyə başlayıblar.

Fişənglər və məşəllərlə komandalarının avtobusunun keçəcəyi yollarda dayanan azarkeşlər sarı-göy rənglərlə unudulmaz görüntülər yaradıblar. Avtobusun ön tərəfinə yığılan futbolçular azarkeşlərin yaratdığı şounu izləmək üçün bir-birləri ilə yarışıblar.

"Boka Xuniors"u aparan təyyarədə klub personalından başqa motivasiya üçün futbolçuların ailələri də yer alıb.

81 min nəfərlik "Santiaqo Bernabeu" stadionunda satışa çıxarılan biletlərin hamısı cəmi 2 gün ərzində "Boka Xuniors" və "River Pleyt" azarkeşləri tərəfindən alınıb.

Argentina mətbuatı "Libertadores Kuboku tarixinin ən bahalı oyun biletləri satıldı" başlıqlı xəbərdə orta aylıq əməkhaqqının 695 avro olduğu Buenos Ayresdən Madridə getmək üçün bir azarkeşin 2200-3200 avro xərcləyəcəyini yazıb.

Qeyd edək ki, "River Pleyt" - "Boka Xuniors" matçı 9 dekabr tarixində Bakı vaxtilə saat 23:30-da start götürəcək. Bu komandalar arasında "La Bombonera"da baş tutan ilk oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

Elçin Əlixan
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.