"İnter"in müdafiəçisi Valeri Abramidze azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun "Kəpəz"lə oyunundan (0:0), eləcə də qarşıdan gələn "Xəzər Lənkəran"la qarşıdan gələn matçdan danışıb.
- "Kəpəz"i məğlub etmək istəyinizə çata bilmədiniz...
- "Kəpəz" güclü ortababdır. Bu mövsüm çox yaxşı oyun sərgiləyir. Hər oyuna azı 2 qol vururlar. İstənilən rəqibi yenə bilərlər. Hansı ki, bunu artıq sübut ediblər. Amma hər şeyə rəğmən, biz üç xal qazanmağı planlaşdırmışdıq. Amma sonda ikisini itirməli olduq.
- Amma digər tərəfdən "İnter"də oyun planında müəyyən problemlərin olduğu diqqət çəkir...
- Bu planda bizdə hər şey qaydasındadır. Çoxlu qol vəziyyətləri yaradırıq. Sadəcə, həmişəki kimi qol vəziyyətlərini reallaşdırmaqla bağlı problem var.
- Bu problemdən siz ötən mövsümdə də şikayətlənirdiniz. Ola bilər ki, sizdə yaxşı forvard çatışmazlığı var?
- Məsələ burasındadır ki, bizim hücumçularımız da keyfiyyətlidirlər. Sadəcə, yəqin bəxtləri gətirmir. Top qapıya getmək istəmir.
- Növbəti turda sizi "Xəzər Lənkəran"la oyun gözləyir. Mümkündür ki, bu oyunda toplarınız rəqib qapısına getsin?
- Belə rəqibə qarşı oynamaq mənə çox maraqlıdır. Onlar yaxşı sürət yığıblar. İnamla liderliyi əllərində saxlamaqdadırlar.
- "Kəpəz"lə oyunda olduğu kimi açıq futbola üstünlük verəcəksiz?
- Hamı bilir ki, biz "Şəfa"da öz futbolumuzu oynayırıq. Səfərdə müəyyən dəyişikliklər edə bilərik. Amma evdə istədiyimiz kimi oynayırıq. Lənkəranlıların liderliyi bizi qorxutmur. Qələbəyə oynayacağıq. XL ancaq "Rəvan"la oyunda iki xal itirib. Bu isə o deməkdi ki, lider elə də sabit oyun sərgiləmir. Deməli, biz də çox şeyə nail ola bilərik.
- Hər halda XL özünü hazırda komfortda hiss etdiyi halda, sizdə bir qədər əksinədir...
- Demək olar ki, plana uyğun şəkildə davam edirik. Qarşıdakı oyunlarda uğurlarımızın artmasını istəyirik. Xüsusilə də "Xəzər Lənkəran" kimi rəqiblərlə oyunlarda.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Valeri Abramidze: "Lənkəranlıların liderliyi bizi qorxutmur"
27 Sentyabr 2011 18:31
0 Şərh
Baxış: 249

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millimiz Qazaxıstanı məğlub etdi
-
Bu qan qrupundan olan insanlara pis xəbər
-
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi
-
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO
-
Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO
-
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
-
Sürücülərin nəzərinə!
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
-
Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Tovuzda ruhi-əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı - Daha sonra evlərini yandırdı
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO - FOTO
-
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
-
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
İlon Mask ABŞ-da yeni siyasi partiya ideyasını gündəmə gətirdi
-
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb - FHN - VİDEO
-
Həmin qəzada şəhid qardaşı da həyatını itirib - FOTO