İdman

“Beşiktaş”ın futbolçusu Premyer Liqa yolunda

20 Noyabr 2018 22:59
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın futbolçusu Pepe karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Premyer Liqa təmsilçisi "Sauthempton" 35 yaşlı futbolçunun transferində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə mövsümun sonunda "Beşiktaş"la müqaviləsi bitəcək Pepenin, Premyer Liqaya getməyə müsbət yanaşdığı qeyd edilib.

"Sauthempton" qış transfer pəncərəsi dövründə Pepe üçün "qara qartallar"a rəsmi təklif göndərəcək.

Karyerası ərzində "Portu", "Real" kimi klublarda forma geyinən portuqaliyalı müdafiəçi 2017-ci ildə "Beşiktaş"a transfer edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.