İdman

Arda Liverpulda ev alır

6 Aprel 2010 10:49
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Gazeteport.com-a istinadən xəbər verir ki, futbolçunun meneceri və yaxın dostları bir müddət əvvəldən daşınmaz əmlak satışı ilə məşğul olan şirkətlərlə danışıqlar aparırmış. Nəhayət, İngiltərədə Liverpul şəhərinin də yerləşdiyi Mersisayd qraflığında bir evin alqı-satqısı ilə bağlı razılıq əldə olunub.

Müşahidəçilər Arda Turanın İngiltərədə ev almasını onun bu il "Qalatasaray"dan ayrılacağının və nişanlısı Sinem Koballa birlikdə xaricə köçəcəyinin işarəsi kimi qiymətləndirirlər. Futbolçunun özü də müxtəlif açıqlamalarında karyerasını Türkiyədən kənarda davam etdirmək niyyətini gizlətməyib. O, müsahibələrindən birində belə demişdi: "Burada çox böyük təzyiq altındayıq. Nə etdiyimizi yox, paltarlarımızı tənqid edirlər. Dostlarımızla kinoteatra getməyimiz də bəzilərinə çox görünür. Sosial həyatımıza məhdudiyyətlər qoymaq istəyənlərin üzündən əhvalımız korlanır. Belə şərtlər altında burada qalmağım çox çətindir. Mövsümün sonunda İngiltərəyə gedə bilərəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.